Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-16,
Seanews
Heyder Eliyev

IMO Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Şuranın növbədənkənar iclasını çağırır

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şurası Ərəb dənizi, Oman dənizi və Körfəz bölgəsində, xüsusilə Hörmüz boğazı və ətrafındakı mövcud vəziyyətin gəmiçiliyə və dənizçilərə təsirini müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.

“Seanews.az” xəbər verir ki, IMO Şurasının 36-cı Fövqəladə Sessiyası (C/ES.36) bir neçə Şura üzvünün müraciəti əsasında çağırılıb. Sessiya 18-19 mart 2026-cı il tarixlərində təşkilatın Londondakı qərargahında, İspaniya nümayəndəsi Viktor Ximenesin sədrliyi ilə baş tutacaq.

Hazırlıq çərçivəsində IMO-nun Baş katibi Arsenio Dominqes son hadisələrlə bağlı məlumat paylaşmaq və müzakirələr aparmaq məqsədilə martın 11-də sahə üzrə beynəlxalq təşkilatlarla, martın 12-də isə üzv dövlətlərlə brifinqlər keçirib.

Qeyd edək ki, Şura IMO-nun icraedici orqanıdır və Assambleya tərəfindən seçilən 40 üzv dövlətdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır