

"Jinhui" üç yeni "Ultramax" gəmisi ilə donanmasını yeniləyir
Norveçin "Jinhui Shipping and Transportation" şirkəti donanmasının yenilənməsi strategiyası çərçivəsində Çində yerləşən tərsanədə 99,15 milyon ABŞ dolları dəyərində üç yeni "Ultramax" tipli quru yük gəmisi sifariş edib.
"Seanews.az" xəbər verir ki, yeni gəmilər "Jiangmen Nanyang Ship Engineering" zavodunda inşa ediləcək və hər birinin daşıma qabiliyyəti 64 500 DWT olacaq. Gəmilərin təhvilinin 2028-ci ilin birinci rübündə həyata keçirilməsi planlaşdırılır.
Şirkətin bu addımı bu il ərzində həyata keçirilən bir sıra satış əməliyyatlarının, əsasən də köhnə "Supramax" gəmilərinin satışının davamı kimi qiymətləndirilir. Hazırda "Jinhui" "Capesize", "Panamax", "Ultramax" və "Supramax" seqmentlərini əhatə edən 29 gəmini idarə edir ki, onların 20-si şirkətin mülkiyyətindədir.