

İstanbul boğazında dayanan gəmi xilas edildi: Hərəkət bərpa olundu
Türkiyənin İstanbul (Bosfor) boğazında mühərrikində nasazlıq yaranan 98 metrlik yük gəmisi xilas edilib.
Oxu.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, "Arda" adlı ümumi yük gəmisi təhlükəsiz şəkildə Böyükdərəyə lövbərlənib.
Boğazda gəmilərin hərəkəti bərpa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır