

"Long Beach" limanında dənizə düşən bütün konteynerlərin çıxarılması başa çatıb
“Mississippi” adlı konteyner gəmisindən dənizə düşən 95 konteynerin hamısın artıq sudan çıxarılıb.
"Seanews.az" xəbər verir ki, bu barədə "Long Beach" limanı açıqlama yayıb.
İlkin məlumatlarda konteynerlərin sayı daha az göstərilsə də, sonradan bəzi konteynerlərin əzildiyi, suyun altında qaldığı və ya yaxınlıqdakı qayıq hövzəsində gizləndiyi üçün ümumi say artıb.
Sentyabrın 26-da, yerli vaxtla 15:28-də, sonuncu konteynerin sudan çıxarılması ilə hadisəyə cavab olaraq həyata keçirilən xilasetmə əməliyyatları rəsmi olaraq tamamlanıb.
Qeyd edək ki, 9 sentyabr tarixində baş vermiş hadisənin səbəbləri ilə bağlı araşdırmaya ABŞ Sahil Mühafizəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) rəhbərlik edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır