Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-04,
Seanews
Heyder Eliyev

Balast sularının idarə olunmasına dair beynəlxalq yoxlama kampaniyasına start verilir

Tokio və Paris Liman Dövlət Nəzarəti Anlaşma Memorandumlarının (MoU) üzv dövlətləri 1 sentyabr – 30 noyabr tarixləri arasında Ballast Sularının İdarəçiliyi (Ballast Water Management – BWM) ilə bağlı birləşmiş yoxlama kampaniyasına start verəcəklər.

"Seanews.az" xəbər verir ki, kampaniyanın məqsədi gəmi balast sularının və çöküntülərinin idarə olunması üzrə 2004-cü il tarixli Beynəlxalq Konvensiyada (BWM Convention) nəzərdə tutulmuş məcburi tələblərə uyğunluğun müəyyən edilməsidir. 

Yoxlamalar zamanı Liman Dövlət Nəzarəti üzrə müfəttişlər əvvəlcədən müəyyən olunmuş sorğu siyahısından istifadə edərək müvafiq sahələrdə BWM tələblərinin yerinə yetirilib-yetirilmədiyini qiymətləndirəcəklər.

Gəmidə etibarlı Beynəlxalq Ballast Su İdarəçiliyi Sertifikatı (IBWMC) var?, Təsdiq olunmuş Ballast Su İdarəçiliyi Planı (BWMP) mövcuddur?, BWMP müvafiq tələblərə uyğun olaraq yenilənib?, Heyət BWMP-nin icrası ilə bağlı vəzifələri ilə tanışdır?, Balast Sularının İdarə Olunması Sistemi (BWMS) aidiyyəti qurum tərəfindən təsdiqlənib?, BWMS hazırda işlək vəziyyətdədir?, Ballast suyu BWMP-yə uyğun şəkildə idarə olunub?, Balast Suları üzrə Qeydiyyat Kitabı (BWRB), o cümlədən güzəşt hallarına dair qeydlər düzgün doldurulub?, Heyət ballast suyu çöküntülərini BWMP-yə uyğun şəkildə idarə edir?, Güzəşt verilibsə, şərtlər yerinə yetirilir? kimi suallar sorğunun əsasını təşkil edir.

Bu kampaniya çərçivəsində beynəlxalq tələblərə uyğunluğun qiymətləndirilməsi nəticəsində normativ pozuntular aşkar olunduğu halda müvafiq tədbirlər görüləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır