Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-04,
Seanews
Heyder Eliyev

“Eco Marine Power” gəmidə günəş texnologiyalarının sınaq mərhələsinə başlayıb

Yaponiyanın “Eco Marine Power Co., Ltd.” şirkəti yenilənmiş “Aquarius Marine Solar Power” günəş enerjisi sistemi və bir neçə fotovoltaik (PV) modul texnologiyası üzrə sınaqlara başlayıb.

“Seanews.az” xəbər verir ki, məqsəd günəş enerjisi sisteminin real dəniz şəraitində praktikliyini və məhsuldarlığını qiymətləndirmək, eyni zamanda gəmiçilik sahəsində ekoloji və davamlı əməliyyatlara keçidi təşviq etməkdir.

Məlumata görə, sınaq işləri 12–18 ay davam etdiriləcək.

İlkin mərhələdə qiymətləndiriləcək günəş paneli texnologiyası ABŞ-nin “Merlin Solar Technologies Inc.” şirkətinə məxsusdur. Bu panellər çətin və əlverişsiz şəraitdə davamlılıq və etibarlı performans təmin edir, elastikliyi, yüngüllüyü, həmçinin “yapışdır və istifadə et” (“peel-and-stick”) kimi üstünlükləri ilə seçilir.

Günəş panelləri daha əvvəl gəmidə quraşdırılmış xüsusi çərçivələr üzərinə “Aries Marine” tərəfindən yerləşdirilib. Yaxın aylarda digər istehsalçılara məxsus müxtəlif növ PV modullarının da quraşdırılması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır