Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-03,
Seanews
Heyder Eliyev

ABŞ tranzit məhdudiyyətləri yaradan ölkələrin gəmilərini öz limanlarına buraxmaya bilər

ABŞ dünyanın gəmiçilik üçün mühüm su arteriyalarında gəmilərin hərəkətini məhdudlaşdıran ölkələrin  gəmilərinin ABŞ limanlarına daxil olmasını qadağan edə bilər.

“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, ABŞ Federal Dəniz Komissiyası (FMC)  beynəlxalq gəmiçilik marşrutlarında tranzit məhdudiyyətləri məsələsi ilə bağlı araşdırmaya başlayıb, xüsusən də komissiya qanunların, qaydaların və xarici hökumətlərin, gəmi sahiblərinin və xarici bayraqlı gəmilərin operatorlarının hərəkətlərinin “boğulma nöqtələrində” daşıma şəraitinə təsirini təhlil edəcək.

Qeyd edək ki, Söhbət La-Manş boğazı, Malakka boğazı, Şimal dəniz yolu, Sinqapur boğazı, Panama kanalı, Cəbəllütariq boğazı və Süveyş kanalı kimi əsas gəmiçilik marşrutlarından gedir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır