iya sahillərində gəminin qəzaya uğraması nəticəsində 117 miqrant itkin dü
Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 117 nəfər itkin düşüb. AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, xilasedicilər 3 nəfəri xilas edə bilib. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bildirib ki, itkin düşənlər arasında 10 qadın və 2 uşaq da var. Miqrantlardan çoxu Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır