ma adasında 11 min tonluq tanker ya
Honkonqun Lamma adasında kerosin daşıyan 11 min tonluq Vyetnam bayraqlı “Aulac Fortune” tankeri partlayıb, daha sonra yanmağa başlayıb. “Seannews.az” xəbər verir ki, yanğının başlamasıyla göyərtədəki heyət üzvləri suya atılıblar. Bir nəfərin həyatını itirdiyi, 3 nəfərin itkin düşdüyü, 24 nəfərin dəniz polisinin köməkliyi ilə xilas olunduğu bildirilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır