Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-15,
Seanews
Heyder Eliyev

“Drydocks World” yeni yanalma körpüsü istismara verib

“Drydocks World” (“DP World” qrupuna daxildir, BƏƏ) Dubayda “South Yard” istehsal sahəsinin genişləndirilməsi çərçivəsində yeni körpü açıb.

“Seanews.az” “DP World”-un mətbuat xidmətinə istinadən xəbər verir ki, Yaxın Şərq və Afrikada böyük struktura çevrilən körpüdə 37 min tonadək ağırlığında konstruksiyaları yükləmək mümkün olacaq.  

Qrup “South Yard” layihəsini çoxmilyonluq obyekt adlandırır, lakin investisiya məbləğini açıqlamır. Layihə 7,5 hektar ərazini əhatə edir. “Drydocks World” şirkətinin istehsal gücü 40% artıb ki, bu da ona dəniz obyektlərinin təmiri və tikintisi, o cümlədən külək enerjisi sahəsində eyni vaxtda bir neçə mürəkkəb layihəni həyata keçirməyə imkan verəcək.

İstehsal sahəsi müasir robot və yayma dəzgahlar, avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmişdir. İri sifarişləri yerinə yetirmək üçün tərsanədə 5 min ton qaldırma qabiliyyəti olan “Sheerleg” üzən kranı istifadəyə veriləcək.

“Drydocks World” Yaxın Şərqdə gəmi təmiri xidmətləri bazarında liderdir. Gəmi təmiri zavodu dəniz gəmilərinin və qazma qurğularının təmirini həyata keçirir, yeni gəmilərin tikintisi və mövcud gəmilərin yenidən təchiz edilməsi üçün texniki imkanlara və təcrübəyə malikdir.

“DP World” (Dubay, BƏƏ) dəniz terminallarının beynəlxalq operatoru, logistika və digər xidmətlərin təminatçısıdır.  Şirkətin aktivlərinə Hindistan, Afrika və Yaxın Şərqdəki terminal layihələri də daxil olmaqla, altı qitədə 45-dən çox limanda fəaliyyət göstərən 150-dən çox dəniz terminalı daxildir. Liman operatoru konteynerlərin aşırılması üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır