a dənizində itən gəminin axtarışları davam
İndoneziyanın hakimiyyət orqanları Yava dənizində itən gəminin axtarışlarını davam etdirir. Palma yağı ilə yüklənmiş “Namse Bangdzod” adlı gəmi dekabrın 27-də Sampit limanından çıxaraq Kalimantan adasına yola düşüb. Göyərtəsində 12 dənizçinin olduğu gəmi ilə əlaqə Cakarta yaxınlığındakı Karavanq limanının yanından keçərkən kəsilib. Yanvarın 7-də gəminin itdiyi barədə elan verilib. Hazırda gəminin axtarışı ilə İndoneziya Fövqəladə Hallarla Mübarizə Agentliyi (Basarnas) məşğuldur. Karavanq polisi isə yerli balıqçıları axtarışlara yardım etməyə çağırıb. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır