nizə düşən konteynerlərdəki məhsulların toplanması hüquqi mübahisələrə səbəb
Ötən həftə Şimal dənizində Hollandiya sahillərində bir yük gəmisindən dənizə düşən konteynerlərdəki əşyaların turistlər və ada sakinləri tərəfindən qənimət kimi toplaması huquqi mübahisələrə səbəb olub. Bu barədə Terschelling Bələdiyyə sədri Bert Wasskink məlumat verib. O bildirib ki, karqo gəmisindən dağılan malların əhali və turistlər tərəfindən yığılması Hollandiya qanunları ilə ziddiyət təşkil edir. “Televizorları çıxmaq şərtilə konteynerlərdəki malların bəziləri hələ də istifadəyə yararlı ola bilər. İqtisadi dəyəri olan həmin məhsulların başqaları tərəfindən yığılması isə qanuna ziddir. Mal və məhsulları bələdiyyə siyahıya almalıdır”- deyə, o qeyd edib. Xatırladaq ki, ötən həftə Şimal dənizində Hollandiya ilə Almaniya arasındakı Borkum adasında şiddətli fırtına səbəbindən “MSC ZOE” gəmisindəki 270 konteyner dənizə düşmüşdü. Konteynerlərdəki məhsullar Hollandiyaya aid beş adanın sahilinə vurub.