imarka miqrantları “Qarantin adası”nda toplay
Danimarka Parlamenti miqrantların Lindholm adasına göndərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. “Seanews.az” xəbər verir ki, layihə 2019-cu ilin büdcə müzakirələri çərçivəsində təsdiqlənib. Qanuna görə, sığınacaq istəkləri rədd edilmiş və ölkələrinə geri göndərilməyi gözləyən miqrantlar Lindholm adasında qurulacaq 7 hektarlık mərkəzdə toplanacaq. Mərkəzdə eyni vaxtda 125 nəfər qala biləcək. Qanun Danimarkada böyük müzakirələrə səbəb olub. İnsan hüquqları təşkilatları layihəni sərt tənqid ediblər. “Qarantin adası” 2021-ci ildən istifadəyə veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır