həng yük gəmisi ilə balıqçı gəmisi toqqu
Nəhəng filiz daşıyan “Cape Verde” gəmisi Osako körfəzində 12 metr uzunluğundakı balıqçı gəmisi ilə toqquşub. Hadisə nəticəsində qayıq çevrilib. “Seanews.az” xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Qəza zamanı qayıqda olan iki nəfər xilas edilib. Onlardan biri xəstəxanaya aparılıb. Hazırda “Cape Verde” gəmisinin dindirilmə məqsədilə Osako körfəzində dayandırıldığı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır