aziyanın cənub sahillərində gəmi ba
Malaziyanın cənub sahillərində yük gəmisi batıb. “Seanews.az” xəbər verir ki, əvvəlcə gəmidə mühərrik problemi yaranıb, kapitan istiqaməti dəyişməyə çalışarkən güclü dalğa səbəbindən başqa bir gəmi ilə toqquşub. Nəticədə gəmi batmağa başlayıb. Malaziya Dəniz Qoruma Qurumundan bildirilib ki, hadisə zamanı gəmidə 9 nəfər olub. Onlardan 6-ı xilas edilsə də, 3-ü itkin düşüb. Hazırda itkin düşən heyət üzvlərinin axtarışları davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır