nizçi qadınların sayının artırılması yolları axtarı
European Transport Workers’ Federation (Avropa Nəqliyyat İşçiləri Federasiyası) və European Community Shipowners’ Association (Avropa Birliyi Gəmi Sahibləri Assosasiyası) qadınların dənizçilik sektorundakı peşələrə marağının artırılmasını vacib sayır. “Seanews.az” xəbər verir ki, bu məqsədlə hər iki qurum birgə fəaliyyətə başlayır. Onlar hesab edirlər ki, dənizçilik sektorunun daha güclü, gəlirli və davamlı olması üçün bu sahədə gender bərabərliyi təmin edilməlidir. European Transport Workers’ Federation və European Community Shipowners’ Association rəsmiləri qadınların dənizçi peşəsinə üstünlük verməməsinin səbəblərini araşdırıblar. Məlum olub ki, zərif cinsin nümayəndələri dənizçiliyi çətin peşə kimi dəyərləndirirlər. Bundan başqa, onlar uzun müddət evdən uzaqda işləməyin ailə və karyeranı bir yerdə davam etdirməyə imkan vermədiyi qənaətindədirlər. Mövcud problemlərin aradan qaldırılması, dənizçiliklə bağlı köhnəlmiş və düzgün olmayan fikirlərin yox edilməsi üçün isə ciddi maarifləndirməyə ehtiyac görülür. 2019-cu ildən bu prioritet məsələlərə diqqət yönəldilməsi nəzərdə tutulur. Qeyd edək ki, hazırda dünya üzrə dənizçilik sektorunda qadınlar ümumi dənizçilərin 2%-ni təşkil edir.