Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ixi Efes yenidən dənizlə əlaqələndirilə

YUNESKO-nun Mədəni İrsi siyahısına daxil olan tarixi yunan şəhəri Efes yenidən dənizlə əlaqələndiriləcək. “Seanews.az” xəbər verir ki, bu barədə Səlcuk bələdiyyə sədri Zeyner Bakıcı məlumat verib.  O bildirib ki, “Antik Kanal Layihəsi” üzrə ilk mərhələdə işlərə növbəti aylarda başlanılacaq. Layihə yekunlaşdıqdan sonra kanaldan qayıqlarla keçmək mümkün olacaq. Zeyner Bakıcı bildirib ki, antik şəhəri yenidən dənizlə əlaqələndirmək üçün elan olunan tenderin qalibi artıq məlumdur.  “Tenderi qazanan şirkətin əməkdaşları 6130 metr uzunluğundakı tarixi kanala dənizdən daxil olacaqlar. Burada təmizləmə və genişləndirmə işləri amfibik vasitələrlə həyata keçiriləcək. 30 metr  enində olacaq kanalın dərinliyi 5 metr təşkil edəcək. Bundan əlavə, ilk mərhələdə giriş kanalının üstündə bir avtomobil körpüsü inşa ediləcək” – deyə, Zeyner Bakıcı əlavə edib. Liman orijinalına uyğun qurulacaq. Layihə çərçivəsində Efesə giriş qapılarından biri limana köçürüləcək. Qeyd edək ki, Efes şəhəri Egey dənizi sahillərində liman şəhəri kimi salınıb. Məhz bu şəhərdə miladdan öncə VI əsrdə dünyanın yeddi möcüzəsindən olan əfsanəvi Artemida məbədi qurulub. Şəhər sahilə yaxın olan müddət ərzində çiçəklənib, ancaq dənizin suyu tədricən geri çəkildikdə ticarət zəifləyib, bununla bərabər möhtəşəm şəhər də itib və özündən sonra xarabalıq qalıb. Hazırda Efesin xarabalıqları dənizdən 6 km aralıda yerləşir və demək olar ki, keçilməz bataqlıq altında gizlənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır