las etmiş gəmiqayırma zavodu 4 milyon dollara satı
Ukraynanın iflas etmiş “Ocean” gəmiqayırma zavodu açıq müsabiqədə satışa çıxarılıb. “Seanews.az” xəbər verir ki, hərracda zavoda böyük maraq olub. Bir neçə qiymət təklifindən sonra “Ocean” 4,3 milyon dollara satılıb. Onu “Annona” Ticaret Evi adlı bir şirkətin aldığı bildirilir. Qeyd edək ki, Zavod 1951-ci ildə qurulub. Həmin dövrdən burada 400-dən çox gəmi inşa olunub. “Ocean” 2013-cü ildə maliyə çətinlikləri səbəbindən iflas edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır