

ABŞ-nin “Abraham Linkoln” təyyarədaşıyan gəmisi Yaxın Şərq regionuna gəlib
Amerikanın “Abraham Lincoln” təyyarədaşıyan gəmisi F-35C və F/A-18 Blok III qırıcıları ilə Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrika regionlarına cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına gəlib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi də artıq Yaxın Şərqdədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır