“AD Ports Group” Tbilisi quru limanının alınmasını başa çatdırıb
“AD Ports Group” Tbilisinin quru limanının alınması üzrə əməliyyatın başa çatdığını elan edib.
“Seanews.az” xəbər verir ki, BƏƏ-nin liman və logistika operatoru layihənin təşəbbüskarı “Inveco” ilə razılaşmanın şərtlərinə əsasən, Gürcüstanın paytaxtında yerləşən “Tbilisi Quru Limanı” logistika kompleksinin 60%-ni alıb.
Logistika kompleksinin 2 aya, oktyabrda istifadəyə verilməsi nəzərdə tutulur. O, müvafiq olaraq 335 km və 380 km məsafədə yerləşən Poti və Batumi limanları ilə birbaşa dəmir yolu əlaqəsinə malik olacaq.
“AD Ports”-un məlumatına görə, tikinti tam başa çatdıqdan sonra kompleks daxilində konteyner terminalının gücü 300 min TEU-ya çata bilər.
Tbilisi quru limanı Çini Avropa ilə birləşdirən Transxəzər dəhlizində logistika mərkəzinə çevrilmək niyyətindədir.

