Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

arktidadan nəhəng buz parçası q

Antarktikada Pine Adası aysberqindən nəhəng  hissə qopub.  “Seanews.az” xəbər verir ki, oktyabrın əvvəlində başlayan kiçik qırıntılar ayın 29-da tam olaraq aysberqdən ayrılıb.  Peyk görüntülərindən məlum olub ki, New Yorkun ticarət və mədəniyyət mərkəzi sayılan Manhattandan beş dəfə böyük, yəni  300 kvadrat kilometr olan buz təbəqəsi kiçik parçalara bölünüb.  Hollandiyanın Delft Texnologiya Universitetinin Geologiya və Uzaqdan İzləmə Departamentinin dosenti Stef Lhermitte bildirib ki, ayın əvvəlində qeydə alınan qırıntıların bu qədər qısa müddətdə qopması təəccüb doğurur.   Qeyd edək ki, Pine Adası buzlağından 2007 və 2011-ci illərdə də böyük parça qopmuşdu. Elm adamları buzlaqlardan qopan parçaların dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağını demişdilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır