Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Altı Avropa ölkəsi Şimal dənizi infrastrukturunun qorunması ilə bağlı saziş imzalayıb

“Böyük Britaniya və Şimal dənizində dəniz sərhədləri olan digər Avropa ölkələri sualtı infrastrukturu, o cümlədən “Rusiyanın mümkün hücumları”ndan qorumaq üçün birgə işləmək barədə saziş imzalayıblar.”

“Seanews.az” bu barədə “Reuters”-ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Belçika, Böyük Britaniya, Danimarka, Almaniya, Norveç və Niderlandın imzaladığı bəyannamə ölkələr arasında müvafiq məlumat mübadiləsi aparmağa imkan verir.

“Reuters” xəbər verir ki, “Şimal axını” və “Şimal axını 2” partlayışlarından sonra dənizaltı kabellər və boru kəmərləri ilə bağlı təhdidlər Qərbin diqqət mərkəzində olub.

Qeyd edək ki, Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində ötən il sentyabrın 26-da partlayışlar baş verib. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır