Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Yang Ming” konteyner gəmisi Türkiyə limanında kranları aşırıb - VİDEO

Türkiyənin Kocaeli limanında “YM Witness” konteyner gəmisi yanalma əməliyyatı zamanı kranlarla toqquşub və onları aşırıb.

“Seanews.az” xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb. Lakin sonradan bir nəfərin - gəmi kənarındakı konteyner kranlarından (“STS”) birinin operatorunun xəsarət alması haqqında məlumat yayılıb.

145 min ton yükqaldırma qabiliyyətinə malik “YM Witness” konteyner gəmisi 2015-ci ildə inşa edilib, gəminin uzunluğu 368 metr, tutumu 14 min TEU-dur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır