Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

İri limanlar konteyner dövriyyəsini yaxşılaşdırıblar

Şanxay limanının konteyner dövriyyəsi 2024-cü ilin ilk iki ayında 8,3 milyon TEU təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% çoxdur.

“Seanews.az” xəbər verir ki, 2024-cü ilin hesabat dövründə Sinqapur limanında 6,48 milyon TEU aşırılıb. Bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 14,3% artıqdır.

Bu ilin fevral ayında Şanxay limanında 3,8 milyon TEU, əvvəlki ayla müqayisədə 15,6% az, lakin 2023-cü ilin fevralından 4,1% çox işlənib.

Sinqapur Dənizçilik və Limanlar İdarəsinin ilkin məlumatlarına görə, 2024-cü ilin fevral ayında Sinqapur limanının körpülərindən 3,17 milyon TEU keçib. Bu, 2024-cü ilin yanvarındakı göstəricidən 4,1% az və 2023-cü ilin fevralından isə 18,3% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır