Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Cənubi Koreya tərsanələri sifarişlərin həcminə görə öndədirlər

2024-cü ilin fevral ayında Cənubi Koreya tərsanələri 2023-cü ilin oktyabrından bəri ilk dəfə olaraq alınan sifarişlərin həcminə görə dünyada birinci yeri tutmağı bacarıb.

“Seanews.az” xəbər verir ki, fevralda verilmiş gəmiqayırma müqavilələrinin həcmi əvvəlki illə müqayisədə 18% artaraq 3,4 milyon tona (CGT) çatıb. Belə ki, fevralda beynəlxalq bazarda Cənubi Koreyanın gəmiqayırma şirkətlərinin bu göstərici üzrə payı 50% təşkil edib. Hesabat ayında Çin gəmi inşaatçılarının CGT-dəki payı 41% olub. Çin sifariş edilən gəmilərin sayına görə liderliyini qoruyub: 59 gəminin tikintisi üçün müqavilələr bağlayıb. Cənubi Koreyaya sifariş edilən gəmilərin sayı 28 olub.

Ümumilikdə, 2024-cü ilin fevral ayının sonuna dünya üzrə gəmi sifarişlərinin həcmi 125,9 milyon CGT-ə çatıb: Çinin payı 50%, Cənubi Koreyanın payı 31% təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır