Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Hər dörd konteynerdən biri “Kalmar” istehsalı olan yükləyicilər tərəfindən işlənir

“Kalmar” şirkəti “DP World” beynəlxalq terminal operatorundan hibrid mühərriki ilə doqquz yükləyici üçün sifariş alıb. Yükləyicilərdən Belçikanın “DP World Antwerp Gateway” terminalında istifadə olunacaq.

“Seanews.az”-ın məlumatına görə, yükləyicilərin çatdırılması 2023-cü ilin dördüncü rübünə planlaşdırılır.

Terminal “DP World”, “Antwerp Holding”, “Cosco”, “Terminal Link” və “Duisport Group”-un birgə müəssisədir. “DP World” hazırda 42-si hibrid mühərrikli olmaqla 58 “Kalmar” yükləyicisindən ibarət yükvurma-yükboşaltma parkına malikdir.

Yeni yükləyicilərin yükqaldırma qabiliyyəti 60 tondur. Onlar Antverpendəki parkda köhnə avadanlıqları əvəz edəcək. “Kalmar”-ın hibrid mühərrikləri dizel avtomobilləri ilə müqayisədə yanacağa 40%-ə qədər qənaət edir.

“Cargotec Group”-a daxil olan “Kalmar” limanlar, terminallar, yükaşırma mərkəzləri üçün avadanlığının ən böyük istehsalçısıdır. Dünyadakı hər dörd konteynerdən biri “Kalmar” tərəfindən istehsal olunan yükləyicilər tərəfindən işlənir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır