Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yaponiyada toqquşma nəticəsində yük gəmisi batıb

Yaponiyanın Ehime prefekturası yaxınlığında iki yük gəmisi toqquşub, onlardan biri batıb.

İki nəfərin itkin düşdüyü bildirilir.

Məlumata görə, “Koey-maru” adlı gəminin dörd nəfərdən ibarət bütün heyəti xilas edilib.

Ancaq 2,2 min ton əhəngdaşı ilə yüklənmiş “Seyryu” batıb. Gəmidə beş nəfərdən ibarət ekipaj olub. Onlardan üçü xilas edilib, iki nəfər, o cümlədən kapitan isə itkin düşüb.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır