Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Türkiyənin üçüncü üzən qurğusu Aralıq dənizinə daxil olub

Türkiyənin üçüncü üzən reqazifikasiya qurğusu (PRGU) Aralıq dənizinə daxil olub.

“Seanews.az”  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hindistan bayrağı altında üzən "Vasant" gəmisi 2022-ci il dekabrın 2-də Sinqapuru tərk edib.

Yanvarın 16-da Süveyş kanalından keçən  PRGU hazırda Misir sularındadır.

Uzunluğu 294 metr, eni 48 metr, hündürlüyü 63 metr olan gəmi 180 min kubmetr LNG saxlamaq üçün nəzərdə tutulmuşdur.

“Anadolu” agentliyinin məlumatına görə, üzən qurğu Egey dənizində, Saros körfəzində, Türkiyənin Avropa sahillərində yerləşən “BOTAŞ LNG” terminalında fəaliyyət göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır