Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Yük gəmisi Braziliyadan Çinə 68 min ton qarğıdalı çatdırıb

Göyərtəsində 68 min ton Braziliya qarğıdalısı olan yük gəmisi Quandun əyalətində (Cənubi Çin) Sinşa gömrük məntəqəsindən keçib.

“Seanews.az”-ın məlumatına görə, bu, Braziliyadan Çinə gətirilən ilk qarğıdalı partiyasıdır.

Braziliya qarğıdalısı ən böyük Çin ərzaq ticarətçisi “COFCO” tərəfindən idxal edilib. Gəmi Braziliyanın Santos limanından yola düşüb və bir aydan çox səfərdən sonra Dunquan limanına çatıb.

Çin və Braziliya 2022-ci ildə Braziliya qarğıdalısını idxal etmək barədə razılığa gəliblər. Braziliya dünyada üçüncü ən böyük qarğıdalı istehsalçısı və ikinci ən böyük qarğıdalı ixracatçısıdır.

Çin idxalçısına görə, cənub yarımkürəsində Braziliya və şimal yarımkürəsində Çin qarğıdalı yığımı mövsümündə bir-birini tamamlayır və Braziliyadan qarğıdalı idxalı Çinə qarğıdalı tədarük kanallarını şaxələndirir və bununla da mövsümi və regional tədarük dalğalanmalarını azaldır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır