Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Arktika limanları üçün ekoloji tələblər dəyişib

Beynəlxalq Dəniz Təşkilatı gəmilərdən dənizin çirklənməsinin qarşısını almaq məqsədi ilə “MARPOL” Konvensiyasına ekoloji düzəlişlər edib.

“Seanews.az”ın məlumatına görə, məqsəd gəmiçiliyin ekoloji cəhətdən təmizliyini artırmaqdır.

Gəmilər neft qalıqlarını və zərərli maye maddələri müqavilələrə uyğun olaraq Arktika dövlətlərinin müəyyən limanlarına təhvil verə biləcəklər.

Düzəlişlər Arktika Şurasına üzv ölkələr tərəfindən hələ 2021-ci ildə hazırlanmışdı.

Dəyişikliklər 2024-cü il mayın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Şimal Dəniz Yolu (ŞDY) üzrə daşımaların həcmi proqnozları üstələyir, ŞDY üçün konteyner donanmasının yaradılması planlaşdırılır. Dikson dəniz limanında isə gəmilərin buzqıranlarla keçirilməsinə başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır