Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Ötən il Türkiyəyə gələn kruiz gəmisi sərnişinlərinin sayı 22 dəfə artıb

2022-ci ildə kruiz gəmisi sərnişinlərinin sayı 22 dəfə artaraq 1 milyon nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ildə Türkiyəyə 78 kruiz gəmisi ilə 45 min 362 sərnişin gəlib. 2022-ci ildə Türkiyəyə yanaşan kruiz gəmilərinin sayı 12 dəfə artaraq 991-ə, sərnişinlərin sayı isə 22 dəfə artaraq 1 milyon 6 mini keçib.

Nazir bildirib ki, təkcə 2022-ci ilin oktyabrında Türkiyə limanlarında əvvəlki illə müqayisədə daha çox kruiz gəmisi dayanıb. Ötən ilin oktyabrında isə 155 kruiz gəmisinin göyərtəsində 206 min 484 sərnişin gəlib. A.Karaismailoğlunun sözlərinə görə, bu, bütün il ərzində qeydə alınan ən çox kruiz gəmisi sərnişinidir.

Adil Karaismailoğlu diqqətə çatdırıb ki, Türkiyənin Kuşadası limanı 2022-ci ildə ən çox kruiz gəmisi və sərnişin qəbul edib (464 gəmi və 493 min 834 sərnişin). Həmçinin 143 gəmi və 220 min 82 sərnişin qəbul edən İstanbuldakı Qalataport ilin limanı seçilib.

“Bodrumun kurort bölgəsindəki limandan 98 kruiz gəmisi ilə 95 min 462 sərnişin daşınıb. Sinop, Amasra və Trabzon da kruiz turizminin diqqət mərkəzindədir. Amasra və Ünye limanları ilk dəfə olaraq kruiz laynerlərinin qəbuluna başlayıb. Biz investisiyalarımızın nəticələri ilə də fəxr edirik”, - deyə Karaismailoğlu vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır