Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Güclü duman səbəbindən Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb

Üç gündür bölgədə müşahidə olunan güclü dumanın dənizdə görmə məsafəsinin azalması səbəbindən Dardanel boğazından hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Dardanel Boğazı Gəmi Nəqliyyatı Xidmətləri İdarəsi məlumat yayıb.

Bildirilib ki, şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına radio vasitəsilə xəbərdarlıq edilib və görmə məhdudiyyəti səbəbindən boğaz iki istiqamətdə tranzit gəmilərin hərəkətinə bağlanıb.

Qeyd olunub ki, dumanın təsiri azaldıqdan sonra gəmilərin hərəkəti normal qaydasına düşəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır