Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

“Eni” ikinci üzən LNG qurğusunu tikir

İtaliyanın “Eni” neft və qaz şirkəti Konqo Respublikasının dəniz şelfində “Marine XII” layihəsi üçün üzən reqazifikasiya qurğusu (“FLNG”) sifariş edib.
“Seanews.az”ın məlumatına görə, artıq Çinin “Wison Heavy Industries” tərsanəsində üzən qurğunun tikintisinə start verilib.
Üzən qurğunun uzunluğu 380 metr, eni 60 metr, tutumu 180 min kubmetr LNG və 45 min mayeləşdirilmiş neft qazı olacaq.
Bu, Konqo Respublikasında yerləşdirilən ikinci “FLNG”-dir. Birincisi - “Tango FLNG” olub və “Eni” tərəfindən “Exmar” neft və qaz şirkətindən alınıb. İldə cəmi 600 min ton LNG istehsal edən qurğunun 2023-cü ilin ikinci yarısında Konqoda fəaliyyətə başlaması gözlənilir.
İkinci üzən qurğu ilə “Marine XII” layihəsinin istehsal gücü 2025-ci ildə ildə 3 milyon tona (4,5 milyard kubmetrdən çox) çatdırılacaq.
“Wison Heavy Industries” həmçinin quruda neft və qaz qurğuları üçün modulların tikintisi üzrə ixtisaslaşıb. Gəmiqayırma zavodu “Novatek” şirkətinin “Arctic LNG 2” layihəsi üçün işləyirdi. “Wison” bu layihə üzərində işə 2019-cu ilin dekabrında başladı və ilk dörd modulu baş podratçı “Technip”-ə təhvil verdi. Bu ilin iyulunda “Technip” şirkəti “Arctic LNG 2” layihəsində iştirakını dayandırıb və oktyabrda Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə layihədən tamamilə çıxıb.
Qeyd edək ki, 2019-cu ilin sentyabrında “LUKoil” Konqo şelfində “Marine XII” karbohidrogen hasilatı layihəsində 25% pay alıb (layihənin operatoru “Eni”-nin payı 65% -dir, daha 10% “Société Nationale des Pétroles du Congo”-ya məxsusdur). Layihə 2039-cu ilə qədər hasilatın pay bölgüsü sazişinin şərtlərinə əsasən hazırlanır.
Şirkətin məlumatına görə, sahəsi 571 kv. km olan layihə sahildən 20 km məsafədə yerləşir. Sahənin ərazisində dənizin dərinliyi 20 metr ilə 90 metr arasında dəyişir. Sahə daxilində beş yataq aşkar edilib, onlardan ikisindən “Nene” nefti və “Litçendjili” qaz kondensatı hasil edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır