Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Ekspert dəniz nəqliyyatını xüsusilə həssas sahə hesab edir

Brüssel Azad Universitetinin professoru Conatan Holslaq bildirib ki, Çin Avropa İttifaqının maraqları və beynəlxalq ticarət şərtləri üçün potensial təhlükə yaradır. Ekspert dəniz nəqliyyatını xüsusilə həssas sənaye kimi dəyərləndirir.

“Seanews.az”ın məlumatına görə, alimin yazısı Britaniyanın “The Times” qəzetində dərc edilib.

"Gəmiçilikdə Çindən asılılığı azaltmaq çox vacibdir. Uzunmüddətli perspektivdə xüsusilə Tayvan ətrafında vəziyyət gərginləşərsə, riskimiz var", - professor Holslaq bildirib.

Ekspertin fikrincə, Aİ ölkələrinin gəmiçilik sənayesində payı azalır. Çin isə bu sektorda iştirakını artırır. Çin hazırda dünya ticarətinin üçdə birinə nəzarət edir. Öz ticarət donanmasının fəal inkişafı, eləcə də xarici sahillərdə genişlənməsi Pekinin maraqlarına da cavab verir.

Çinin “COSCO” dövlət şirkəti Avropanın Felikstove (Böyük Britaniya), Pirey (Yunanıstan) limanlarında səhmlərə malikdir. Son satınalma bu ilin payızında Almaniyanın ən böyük limanı ilə bağlı müqavilə olub. Oktyabrın sonunda Almaniya kansleri Olaf Şolz “COSCO”-nun Hamburq limanında 24,9% pay almağı ilə razılaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır