Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Yaponiya şirkətləri Rusiya sularında gəmiləri müharibə risklərindən sığortalamağı dayandıracaq

Yaponiyanın üç  şirkəti 2023-cü il yanvarın 1-dən bütün Rusiya sularına daxil olan gəmiləri müharibə risklərdən sığortalamağı dayandıracaq.

Bu barədə “Nikkei Asia” nəşri məlumat yayıb. Bunun Yaponiyaya enerji idxalına təsir göstərə biləcəyi vurğulanır.

“Tokio Marine & Nichido Fire Insurance”, “Sompo Japan Insurance və Mitsui Sumitomo Insurance”  şirkətləri cümə günü, dekabrın 23-də qərarları barədə gəmi sahiblərini məlumatlandırıblar. Bu addım xarici təkrarsığorta şirkətlərinin Rusiya sularında olmaları ilə bağlı riskləri öz üzərinə götürməkdən imtina etməsi ilə bağlı olub. Eyni zamanda, təkcə Azov və Qara dənizlərdə deyil, həm də Uzaq Şərqdə və Şimal dəniz yolunun uzunluğu boyunca bütün sularda zərərin ödənilməsi həyata keçirilməyəcək.

Əvvəllər gəmi sahibləri Rusiya və Ukrayna sularında üzərkən hərbi risklərə qarşı əlavə sığorta bağlamaq imkanına malik idilər. Gələn ildən onların belə imkanı olmayacaq. Eyni zamanda ekspertlər “Saxalin-2” layihəsindən LNG idxalının bu qərardan zərər çəkə biləcəyini düşünürlər.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır