Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Xəlifə limanı yaxınlığında Qırğızıstan üçün torpaq sahəsi ayrılıb

Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi “AD Ports Group” (“BƏƏ”) ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Əmirlik şirkəti Əbu-Dabi Azad İqtisadi Zonasında Qırğızıstan Respublikası üçün 300 000 kv.m-dən çox sahə ayırıb.  

“Seanews.az”-ın məlumatına görə, torpaq sahəsi dərin Xəlifə limanı yaxınlığında, logistika mərkəzinin və gömrük zonasının inkişafı və istismarı üçün də münasib yerdə yerləşir. Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Maqta Gateway” şirkəti isə Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi üçün milli vahid pəncərənin yaradılması da daxil olmaqla, gömrük və sərhəd nəzarətinin və infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırılması üzrə strategiyanın təşəbbüskarı olub.

“Maqta Gateway”-in dəniz, quru, hava, sənaye və azad zonalar da daxil olmaqla, Abu Dabidə ticarət və logistika xidmətlərini birləşdirmək üçün nəzərdə tutulmuş qabaqcıl ticarət platformasını, innovativ bir pəncərəni inkişaf etdirdiyi və işlətdiyi üçün bu sahədə geniş təcrübəyə malik olduğu deyilir.

Qırğız Respublikası Nazirlər Kabinetinin sədri - Qırğızıstan Prezidenti Administrasiyasının rəhbəri Akılbek Japarovun sazişlərin təntənəli imzalanması mərasimində çıxışı zamanı dediyi kimi, dünya okeanından ən uzaq dövlətlərdən biri olan Qırğızıstan Respublikası dənizə çıxış əldə edir. “Bu, irəliyə doğru böyük bir sıçrayışdır. İmzalanan sazişlər ikitərəfli Qırğızıstan-Əmirlik əlaqələrinin inkişafına güclü təkan verməklə yanaşı, həm də ölkəmizə güclü iqtisadi sıçrayış etməyə kömək edəcək”, - deyə o bildirib.

Bu sazişlərin imzalanması barədə qərar Qırğızıstan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı BƏƏ-nin ali rəhbərliyi ilə apardığı danışıqlardan sonra qəbul edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır