Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Tailandda gəmi qəzası qurbanlarının sayı 18 nəfərə çatıb

Tailandda “Sukhotai” hərbi gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, krallığın Hərbi Dəniz Qüvvələrinin bazar günü yenilənən məlumatında məlum olub.

Qəza zamanı daha 11 nəfərin itkin düşdüyü qeyd olunur.

Qeyd edilir ki, qəza zamanı gəmidə olan 105 dənizçinin 76-sı sağ qalıb, 18-i ölüb, onlardan yeddisinin şəxsiyyəti müəyyənləşib.

Daha əvvəl qəza zamanı altı nəfərin öldüyü bildirilib.

Xatırladaq ki, ABŞ-da inşa edilmiş, 1987-ci ildən indiyədək Tailand donanması tərəfindən istifadə olunan gəmi 19 dekabrda gecə saatlarında Siam körfəzinin sularında fırtına zamanı batıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır