Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Gəmidən yoxa çıxan şəxs bir sutka sonra dənizdən sağ tapılıb

ABŞ sahillərində Nyu Orleandan Meksikaya doğru hərəkət edən gəminin göyərtəsindən suya yıxılan 28 yaşlı sərnişin xilas edilib.

Kişinin yoxa çıxması barədə ilk xəbəri onun bacısı verib. Belə ki bacısı ondan bir neçə saat xəbər ala bilməyib. Bir müddət sonra həyəcan təbili çalıb və qardaşının itkin düşməsi barədə məlumat verib.

İtkin düşən şəxs Meksika körfəzində bir neçə xilasetmə qrupu tərəfindən qayıqlarda, helikopterlərlə və təyyarələrin vasitəsi ilə axtarılıb. Xilasetmə əməliyyatı başlayandan 6 saat sonra dənizə düşən şəxsi sağ tapmaq mümkün olub.

Onun təxminən bir sutkaya yaxın suda qala bilməsi təcrübəli gəmiçilər tərəfindən təəccüblə qarşılanıb.

Xilas edilən şəxs gəmidən suya necə yıxıldığını dəqiq izah edə bilməyib. Araşdırmalara başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır