Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Rusiya 23 ilə 400 gəmi tikməyi planlaşdırır

Rusiya Nəqliyyat Nazirliyi gəmiqayırma zavodlarına 400 gəmi sifariş etməyi planlaşdırır.

Bu barədə “NTV” telekanalına müsahibəsində Rusiya Federasiyası sənaye və ticarət nazirinin müavini Viktor Evtuxov məlumat verib.

Nazirin müavini deyib ki, Nəqliyyat Nazirliyi 2035-ci ilə qədər 400 gəminin alınması ilə bağlı tapşırıq verib, sifarişə toplu yüklərin daşınması üçün quru yük gəmiləri də daxildir.  

“Rosmorrechflot”-un rəhbəri Zaxari Djioyev isə “RBC”-yə müsahibəsində bildirib ki, bu rəqəm, Rusiyanın hazırda ehtiyac duyduğu gəmilərin sayıdır. Sifariş ediləcək  “quru yük gəmiləri və tankerlərin sayı təxminən eyni olacaq.  Həmçinin 2,5-3 min tutumlu 30-35 konteyner gəmisinə ehtiyac var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır