Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Şotlandiyada laynerdə olan ukraynalılar rusdilli heyətdən şikayət ediblər

Şotlandiyada mənzil çatışmazlığı səbəbindən yerli hakimiyyət orqanları tərəfindən “Viktoriya” kruiz gəmisinə yerləşdirilən ukraynalı qaçqınlar yaşayış şəraitindən və rusdilli heyətdən şikayətləniblər.

“Daily Mail” qəzetinin nəşr etdiyi belə deyilir.

Nəşrin yazdığına görə, ukraynalıları dar kayutlar, körpüdəki  dayanacaqda maşın saxlamağın çətinliyi və internetin aşağı sürəti qane etmir. Bundan əlavə, miqrantlar müavinətlərin və nəqliyyat üçün biletlərin alınması, uşaqların təhsilinin təşkili ilə bağlı problemlərdən də narazıdırlar.

Təxminən 1700 qaçqın tutumuna malik gəmini icarəyə götürən Edinburq Şəhər Şurası sadalanan məsələlərlə bağlı rəsmi şikayətlər almadığını bildirib. Eyni zamanda, yerli siyasətçilər artıq hökumətin böhrana reaksiyasını tənqid ediblər.

Şotlandiya Liberal Demokrat Partiyasının lideri Aleks Koul-Hamilton deyib: “Əgər heç nə dəyişməsə, bir çox ukraynalılar illərlə gəmilərdə və ya otellərdə yaşamalı olacaqlar.

“Seanews.az”

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır