Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Yəmənin cənubunda husilər limana hücum edib

Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı pilotsuz uçuş aparatlarının köməyi ilə ölkənin cənubundakı Hədramaut vilayətində yerləşən Əd-Dəbbə limanına hücum edib.

Trend-in məlumatına görə, bu barədə "Al Mashhad" xəbər portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, Yəmənin hava hücumundan müdafiə sistemləri husilər tərəfindən dəniz limanına atılan bir neçə pilotsuz uçan aparatı dəf edərək vurub. Uçuş aparatlarından biri neft platformasına düşüb, maddi ziyan dəyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır