Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

İtaliya humanitar gəmilərdəki bütün miqrantları qəbul edib

İtaliya Aralıq dənizi sahillərindəki üç humanitar gəmidə olan bütün miqrantları qəbul edib.

AZƏRTAC xəbər verir ki, İtaliya səhiyyə orqanları gəmilərdəki miqrantların çoxunun sağlamlıq vəziyyətinin kritik olduğunu təsdiqlədikdən sonra onların qəbuluna icazə verilib.

Beləliklə İtaliya “SOS Humanity” qeyri-hökumət təşkilatına (QHT) məxsus “Humanity 1” gəmisində 179, Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmisində 572 və “Mission Lifeline International” qeyri-hökumət təşkilatına məxsus “Rise Above” gəmisində 89 miqrant olmaqla ümumilikdə 840 nəfəri qəbul edib.

Bundan başqa, ötən gecə İtaliya sahillərində balıqçı gəmisində köməksiz 9-u qadın və 2-si azyaşlı olmaqla ümumilikdə 36 Afrika mənşəli miqrant xilas edilərək Lampeduza adasında təxliyə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır