Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“AD Ports” Dubay fider operatorunu 800 milyon dollara satın alır

“AD Ports Group” Dubayda yerləşən fider daşıyıcı “Global Feeder Shipping” (“GFS”) şirkətinin 80%-lik payını almaq üçün müqavilə imzaladığını açıqlayıb.

“Seanews.az”-ın məlumatına görə, “GFS” səhmlərinin 80%-nin dəyəri 2,9 milyard BƏƏ dirhəmi (800 milyon ABŞ dolları) təşkil edir. 2021-ci ildə “GFS”-in gəliri 1,08 milyard dollar, EBITDA 521 milyon dollar, xalis gəlir 481 milyon dollar olub.

“GFS”-ə məxsus və idarə olunan donanmaya ümumi tutumu 72,5 min TEU olan 26 gəmi daxildir. Şirkət Yaxın Şərq, Hindistan yarımadası və Cənub-Şərqi Asiya bazarlarına xidmət göstərən marşrutlar şəbəkəsini idarə edir.

“AD Ports Group”, artıq “SAFEEN Feeders” və “Transmar” fider operatorlarının sahibidir, “GFS” qrupuna qoşulmaqla, sahibliyində 35 gəmilik donanma ilə bir fider daşıyıcı yaradacaq və donanmanın ümumi tutumu 100 min TEU-ya çatacaq. Beləliklə, “AD Ports”-un sahib olduğu gəmilərin sayına görə dünyanın ən böyük müstəqil fider daşıyıcısı və tonajına görə dünyada üçüncü ən böyük fider daşıyıcı olacaq.

“AD Ports Group”-un baş direktoru Falah Mohammed Al-Ahbabi deyib: “Məqsədimiz ən geniş çeşiddə daşıma xidmətləri təklif edən böyük gəmiçilik şirkətlərindən birinə çevrilməkdir və bu investisiya bizi bu məqsədə daha da yaxınlaşdırır”.

Analitiklər qeyd edirlər ki, BƏƏ-nin iki ən böyük liman operatoru olan “AD Ports” və “DP World” son illərdə fider sənayesində ən fəal konsolidatorlar sırasında olub. “DP World” tərəfindən alınan fider aktivlərə “Unifeeder”, “Transworld Feeders” və “Feedertech” daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır