Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Kruiz gəmisi qış mövsümünü dekabrın 17-də açacaq

Türkiyənin “Miray Cruises” şirkətinin “Astoria Grande” kruiz gəmisi qış mövsümünü 2022-ci il dekabrın 17-də açacaq.

“Seanews.az” portnews.ru”-ya istinadən xəbər verir ki, səfərlər 2023-cü il  yanvarın 28-dək  hər həftə həyata keçiriləcək.

Laynerin bütün hazırlıq işləri başa çatdıqdan sonra Soçi limanına çatacağı gözlənilir. Qış mövsümündə şirkət yeddi günlük kruizlər təklif edir. “Astoria Grande” 1300 nəfər üçün nəzərdə tutulub. Səfər zamanı turistlər İstanbul, Orda və Trabzona səfər edəcəklər.

“Qara dəniz kruizlərinə tələbat o qədər yüksək oldu ki, biz yay mövsümünün sonunu gözləmədən yeni dəniz səyahətləri konsepsiyasını hazırlamağa başladıq. Statistikaya görə, Türkiyənin istiqaməti ilin istənilən vaxtında aktual olaraq qalır”, - deyə kruiz meneceri Eduard Ağajanov bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır