Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“Maersk”-in 20 gəmisi yaxın iki ildə “yaşıl” yanacaqla işləyəcək

İspaniyanın Baş naziri Pedro Sançes və “A.P. Moller – Maersk” (“Maersk”) ölkədə dəniz nəqliyyatı üçün metanol istehsalına dair razılığa gəliblər.

“Seanews.az” portnews.ru”-ya istinadən xəbər verir ki, “Maersk” tərəfindən İspaniya əsas daşıma yollarına yaxınlığına və sabit investisiya mühitinə görə ən cəlbedici istehsal yeri kimi seçilib. Andalusiya və Qalisiya zavodlar üçün münasib yer hesab olunur. Layihə istehsaldan tutmuş yanacaq təchizatına qədər bütün zənciri əhatə edəcək.  İllik istehsal həcmi 2 milyon ton qiymətləndirilir. Layihə milli və beynəlxalq özəl tərəfdaşlarla birlikdə ümumilikdə 10 milyard avro dəyərində investisiyaları nəzərdə tutur.

"Bu layihə İspaniyanın yenidən sənayeləşmə strategiyası, ədalətli enerji keçidi və yaşıl hidrogen yol xəritəsi ilə mükəmməl şəkildə uyğunlaşır və Avropa İttifaqının dekarbonizasiya üzrə ümumi öhdəliyinə doğru irəliləyişi təmin edir", - deyib Pedro Sançes.

“Maersk”-də bildiriblər  ki, onların məqsədi 2040-cı ilə qədər bütün gəmilərini gücləndirmək üçün metanol istehsal etməkdir. Eyni zamanda, donanmanın təxminən 20 gəmisi 2023-2024-cü illərdə “yaşıl” yanacaqla işləyəcək.

“A.P. Moller-Maersk” 130-dan çox ölkədə fəaliyyət göstərən ən böyük beynəlxalq şirkətlər qrupudur. İşçilərinin sayı təxminən 105 min nəfərdir. Qrupa daxil olan “Maersk Line” ən böyük xətti konteyner daşıyıcısıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır