Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

vlət Departamenti: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkl

ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə ABŞ Departamentinin energetika üzrə bürosunun  nümayəndəsi Vinsent Kampos deyib.   Onun sözlərinə görə, ABŞ “Şimal axını-2” layihəsinə qarşı çıxış edir: “Bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və stabilliyi pozacaq, xüsusilə, Ukraynaya ciddi təsir edəcək”.     “Alternativ enerji mənbələrinə gəlincə, enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və hasilatçı ölkələr üzrə tədarükün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək  “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir”, – deyə Vinsent Kampos qeyd edib.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır