Moldova limanı prioritet olaraq neft məhsullarını qəbul edəcək
Moldovanın Djurdjuleşt limanı yanacaq tədarükündə fasilələr yarandığı üçün neft məhsullarına xüsusi diqqət yetirəcək.
“Seanews.az” xəbər verir ki, bu qərarı cümə axşamı Moldova Hökumətinin Fövqəladə Hallar Komissiyası təsdiqləyib.
"Beynəlxalq azad Djurdjuleşt limanı prioritet olaraq Moldova Respublikası ərazisinə idxal üçün nəzərdə tutulan neft məhsullarını qəbul edəcək", - deyə hökumətin mətbuat xidməti bildirir.
Djurdjuleşt qəsəbəsi yaxınlığındakı liman Moldova sərhədinin Dunay çayı üzərindəki dar hissəsində yerləşir. Taxıl, neft və digər yüklərin aşırılması üçün terminallara malik limanın Qara dənizə çıxışı var.
Bundan əvvəl Moldova KİV-ləri avtomobil yolu ilə yanacaq idxal edən şirkətlərin yanacaqdoldurma məntəqələrində yanacaq təchizatında fasilələr olduğunu bildirib. Buna səbəb iyun ayında Moldova və Rumıniya sərhədində yaranan tıxacdır. Moldovada fövqəladə vəziyyət fevralın 24-də tətbiq edilib.