Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-26,
Seanews
Heyder Eliyev

Almaniya və Hollandiya Şimal dənizində qaz yatağının işlənməsinə başlayacaqlar

Hollandiya Almaniya ilə birlikdə Şimal dənizində iki ölkənin sərhədində yerləşən yeni qaz yatağının işlənməsinə başlayacaq.

Trend xəbər verir ki, bu barədə Hollandiya hökuməti məlumat yayıb.

Qeyd olunur ki, Hollandiyanın İqtisadiyyat və İqlim Siyasəti Nazirliyinin dövlət katibi Hans Veylbrif Hollandiya tərəfdən bununla bağlı bütün lazımi icazələri verib. İyunun 3-dən onlara onlayn, eləcə də Schiermonnikoog (Hollandiya) və Borkum (Almaniya) adalarının bələdiyyələrində baxmaq mümkün olacaq.

"Almaniyada icazələrin verilməsi üçün sürətləndirilmiş prosedur həyata keçirilir", - Hollandiya hakimiyyəti qeyd edib. Bir il əvvəl Almaniyanın yerli hakimiyyət orqanları yatağın işlənməsinə razılıq verməkdən imtina edirdi, lakin Ukraynakı vəziyyət, o cümlədən Rusiya qazının tədarükünün azalması riski səbəbindən, onlar fikrindən daşınıblar.

Qaz hasilatının 2024-cü ilin sonunda başlayacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır