Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Teekay LNG” yeni adla və tanker şirkəti kimi fəaliyyət göstərəcək

“Teekay” şirkəti, qaz daşıyıcılarının sahibi və operatoru olan “Teekay LNG Partners L.P.”-yə aid aktivlərini satmaq üçün sövdələşmənin bağlandığını elan edib.  Alıcı “Stonepeak” investisiya şirkətidir.

"Seanews.az” xəbər verir ki, müqavilə keçən həftə bağlanıb. “Teekay LNG” bundan sonra “Seapeak” adlandırılacaq.

"Biz tariximizin LNG fəslini bağladıq və yenidən tanker şirkəti kimi fəaliyyətə başlayırıq - ən azı indiki dövrdə",-deyə “Teekay”-ın məlumatında bildirilir.

Qeyd edək ki, “Teekay”, 2004-cü ildə “Naviera Tapias”-ı əldə etməklə LNG biznesinə daxil olub və 2005-ci ildə operator “Teekay LNG Partners” adı ilə Nyu-York birjasına çıxıb.

18 il ərzində “Teekay LNG” LNG tanker parkının üçüncü ən böyük sahibi və operatoruna çevrilmişdi. Bundan əlavə, şirkət LPG seqmentinə daxil olmuşdu, həmçinin “Yamal LNG” layihəsi üçün altı “Arc7” sinif LNG daşıyıcısı inşa etmişdi və Bəhreyndə yenidən qazlaşdırma terminalının tikintisi üçün birgə müəssisə yaratmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır