

Süveyş kanalı genişləndiriləcək
Süveyş Kanalı Administrasiyası su yolunu genişləndirmək planlarını sürətləndirir. Süveyş Kanalı Administrasiyasının rəhbəri Usama Rabinin bildirdiyinə görə, kanalın genişləndirilməsi layihəsi 2023-cü ilin iyul ayına qədər tamamlanacaq.
“Seanews.az” xəbər verir ki, Kanalın cənub hissəsində, ötən ilin yazında “Ever Given” meqakonteyner gəmisinin saya oturduğu 30 km-lik hissəsinin 40 metr genişləndirilməsi və 22 metr dərinləşdirilməsi planlaşdırılır.
Həyata keçiriləcək tədbirlər kanalın bu mürəkkəb hissəsində dəniz üzgüçülüyünü 28% yaxşılaşdıracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır